Gürcüstanda `Müsəlman Qadınlar Təşkilatı` yaranacaq 12 Mart 2015 02:00 Xəbərlər Gürcüstan müsəlmanlarının dini idarəsi ölkədə "Müsəlman Qadınlar Təşkilatı"nın təsis edilməsi ilə razılaşıb. Maide.az xəbər verir ki, Təşkilatın yaradılmasından məqsəd Gürcüstan qadınlarına aid müxtəlif təşkilatlar ilə qarşılıqlı əlaqələrin qurulması, dini, mədəni, ictimai və hümanitar işlərdə həmkarlıq və birgə fəaliyyətdir. Qadınlar cameəsində müştərək fəaliyyətlərin icrası, ailə və qadın məsələləri üzərində mərkəzləşmə, qadınların dini, elmi və ailə problemlərinin həllində kömək və s... məsələlər də bu təşkilatın yaradılmasının digər hədəfləri olaraq göstərilib. Yeni yaranacaq bu təşkilata ali dini savadlı 15 nəfər müsəlman qadın üzvdür. iqna/ Teqlər : #Gürcüstanda `Müsəlman Qadınlar Təşkilatı` yaranacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıya duman gələcək Diplomatik qalmaqal: rus diplomatları сasus çıxdı