Bakıda məcburi köçkünlərin yataqxanasında güclü yanğın - FOTO

Bakıda məcburi köçkünlərin yataqxanasında güclü yanğın - FOTO

Yataqxanada yaşayan insanlar təxliyə olunub.
 
Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 1 ünvanında, məcburi köçkünlər yaşayan yataqxanada güclü yanğın başlayıb.
 
Yanğın binanın 3, 4 və 5-ci mərtəbələrini əhatə edir.
 
Binanın bir bloku tamam yanıb. Yanğın yerinə dörd yanğınsöndürmə briqadası cəlb olunub. Vəziyyəti nəzarətə almaq üçün əlavə yanğınsöndürmə briqadalarının əraziyə cəlb edilməsi xahiş edilib.
 
Hadisə nəticəsində xəsarət alan yoxdur. Yataqxanada yaşayan insanlar təxliyə olunub. (lent.az) /
 
 
 
 

Google+ WhatsApp ok.ru