Bakıda sürüşmə sahələri aktivləşib 02 İyun 2018 01:00 Ölkə -- Zığda və Masazırda ““Teleqüllə” sürüşmə sahəsi və Buxta küçəsində monitorinq davam etdirilir. Ərazilərdə quraşdırılmış mayaklarda çatlar, proseslərin dinamikasında aktivlik müşahidə edilməyib”. Maide.Az bildirir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, təbii və texnogen amillərin təsirindən Zığda sürüşmə prosesinin dinamikasında nisbi aktivlik baş verib. Ə. Qaralov qeyd edib ki, Abşeron rayonu - Masazır qəsəbəsində “Zəli gölü” adlanan ərazidə və Nübar qəsəbəsi sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən sürüşmə-çökmə prosesi aktivləşib. Teqlər : #Bakıda sürüşmə sahələri aktivləşib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda bu ərazilərdə parklanma qadağan ediləcək Avtomobil yollarında yeni uçqun-sürüşmə sahələri yaranıb