Bakıda zəncirvari qəza baş verib - Yaralıların SİYAHISI 11 Sentyabr 2017 01:00 Hadisə Bakının Xəzər rayonu ərazisində 1 nəfərin ölümü, 10 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Maide.Az "Report" -a istinadən bildirir ki, xəbər verir ki, qəza Mərdəkan qəsəbəsində 3 avtomobilin iştirakı ilə qeudə alınıb. "VAZ-2106" markalı avtomobil yolun sağına dönmə əməliyyatını yerinə yetirərkən sol zolaq ilə qarşı tərəfdən gələn "VAZ-2104" markalı avtomobil də həmin istiqamətdə dönüb və ona çırpılıb. Ardınca arxadan gələn və sağdan ötmə əməliyyatı etmək istəyən "Daewoo" da "VAZ-2106"ya çırpılıb. Nəticədə "VAZ- 2106"da olan bir yaşlı körpə ölüb. Qəza zaman, o cümlədən hər üç avtomobildə xəsarət alanlar olub. Belə ki, üçü azyaşlı olmaqla 10 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, uşaqların vəziyyətləri ağırdır. Yaralıların siyahısı : Behbudova Lalə Alı qızı – 28 yaş Əliyev Rac Fikrət oğlu - 38 yaş Abdullayeva Sevda Xudaverdi qızı – 58 yaş Şövqətova Səriyyə Rəcəb qızı – 60 yaş Şövqətov Əllədin Hüseynqulu oğlu - 65 yaş Şövqətova Əminə Zöhrab qızı - 34 yaş Şövqətova Zaur Əllədin oğlu - 35 yaş Əliyeva Nəzrin Rac qızı - 11 yaş Hacıyev Yusif Anar oğlu - 5 yaş Hacıyev Adəm Bəhrəm oğlu - 3 yaş Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. Teqlər : #Bakıda zəncirvari qəza baş verib Yaralıların SİYAHISI, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda həbsxanada atışma - 19 yaşlı əsgər yaralandı Canavar 18 baş qoyunu parçaladı - VİDEO