Balakəndəki zavodda baş verən partlayışın səbəbi bilindi

Balakəndə “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisində partlayış qazanxanada olan qazanın üzərində yerləşdirilmiş qoruyucu klapanın işləməməsi səbəbindən baş verib.
 
Bunu “Report”a istilik sistemləri üzrə mütəxəssis İsa Əsgərov deyib.
 
O bildirib ki, klapanın işləməməsi səbəbindən qazanda yüksək təzyiq və par əmələ gəlib. Nəticədə partlayış hadisəsi olub.
 
Qeyd edək ki, bu gün 10:30-da “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisindəki qazanxanada partlayış baş verib. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 2 nəfər isə müxtəlif xəsarətlərlə Balakən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Orada işləyən Qullar kənd sakini, 26 yaşlı Elçin Əliyev hadisə yerində keçinib. Digər işçilər - Qullar kənd sakini, 26 yaşlı Novruz Nastakalov və Qazma kənd sakini, 34 yaşlı Anar Bozurov isə xəsarət alıblar. Onlar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. /
 

 







 
 

Google+ WhatsApp ok.ru