Balakəndə ev yanıb, iki yaşlı körpə ölüb

Balakəndə ev yanıb, iki yaşlı körpə ölüb

Ötən gün saat 20:00 radələrində Balakən rayonunun Tülü kəndində yaşayan Səltənət Məmmədovanın evində yanğın baş verib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Maide.Az-a verilən məlumata görə, nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra S. Məmmədovanın nəvəsi, 2 yaşlı Ramal Alagözovun yanmış meyiti tapılıb.
 
Araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru