Bağlanan iş yerləri açıqlanmır

Cəbhə bölgəsində dağılan evlərin bərpası, nağdsız ödənişlərin azalması, ixtisarlar və büdcədə korrupsiya bu gün medianın əsas mövzusudur.
 
XALQ-DÖVLƏT BİRLİYİ 
 
«Azərbaycan» qəzetində «Cəbhə bölgəsində dağıdılmış evlərin təmir-bərpa işləri başlayır» sərlövhəli məqalə dərc edilib. Yazıda bu il aprelin 2-dən 5-nə kimi cəbhə bölgəsində baş verən hərbi əməliyyatlar zamanı vətəndaşların dağılan evlərinin təmirindən bəhs edilir.
 
Müəllif yazır ki, təkcə Tərtər rayonunda həmin günlər 300-ə yaxın ev dağılıb. Dövlət başçısı İlham Əliyev də bölgəyə səfəri zamanı bu mənzərə ilə tanış olub və sonradan həmin evlərin təmiri ilə bağlı maliyyə vəsaiti ayırıb: «Hadisələrin gərgin xarakter aldığı, müharibədən zərər görən adamların bir kəlmə xoş sözə, səmimi münasibətə ehtiyac duyduğu zamanda prezident İlham Əliyev və xanımı Tərtərə səfər etdi. Çətin məqamda dövlət başçısı və xanımını yanlarında görən tərtərlilər əsl əzmkarlıq, gerçək fədakarlıq nümayiş etdirdilər. Tərtərlilər Ermənistan silahlı qüvvələrinin ara verməyən təxribatından qaynaqlanan gərginliyə mətanətlə sinə gərərək abadlıq, quruculuq və təsərrüfat işlərini yüksək əzmlə davam etdirirlər. Ən başlıcası isə odur ki, tərtərlilərdə döyüş ruhu var, qələbə əzmi böyükdür. Bu dövlət-xalq birliyinin sarsılmazlığından yaranan gerçəklikdir». /

Google+ WhatsApp ok.ru