İrana gedənlər məcburi sığortalanacaqlar

Mədəniyyət və Turizm Nazirliyi ölkənin turizm şirkətlərinə müraciət edib.

Maide.Az xəbər verir ki, müraciət nazirliyin turizmlə iş sektorunun müdiri Bəxtiyar Qılıncovun adından edilib.

Müraciətdə bildirilir ki, Xarici İşlər Nazirliyi tərəfindən ünvanlanan məktuba əsasən, bundan sonra İran ərazisinə daxil olan Azərbaycan vətəndaşlarından icbari şəkildə “hadisə və sağlamlıq sığortası” tələb ediləcək. Yerli turistlər İranın istənilən sərhəd-keçid məntəqəsinə yaxınlaşarkən bu sığortanı İranın və yaxud xarici sığorta şirkətləri vasitəsilə əldə edə bilərlər. (fins.az)

Google+ WhatsApp ok.ru