Balinaları xilas etməyə çalışırlar

Balinaları xilas etməyə çalışırlar

Sentyabrın 22-də xilasedicilər Avstraliyanın Tasmaniya adasının qərb sahilində dayaz suda ilişib qalmış yüzlərlə qara balinanı xilas etməyə çalışır. Artıq onlarla balina məhv olub.
 
Dəniz bioloqlarının hesablamasına görə, 270 balinadan 90-ı ölüb. Balinalar təsadüfən suyun dayaz olduğu əraziyə çıxıblar. Onlar barədə məlumat sentyabrın 21-də yayılıb.
 
Xilasetmə əməliyyatının bir neçə gün çəkəcəyi gözlənir.
 
Səmadan çəkilmiş videoda Hobart şəhərindən 200 km şimal-qərbdə xeyli sayda balina görünür.
 
Qara balina okean delfininin bir növüdür, 7 metr uzunluqda, çəkisi 3 tona yaxın olur.
 
Xilasetmə əməliyyatına 40-dək hökumət mütəxəssisi, 20 polis əməkdaşı, yerli balıqçı fermerlər və könüllülər qoşulub.
 
Alimlər balinaların sahilə niyə getdiyini bilmirlər. Bu regionda balinaların sahilə üzməsi qeydi-adi hal sayılmasa da, belə bir miqyasda 2009-cu ildən bəri müşahidə olunmayıb. /azadliq /
 
 

Google+ WhatsApp ok.ru