Fransada yeni qanun layihəsi müsəlmanların narahatlığına səbəb oldu

Fransada yeni qanun layihəsi müsəlmanların narahatlığına səbəb oldu

Fransada Prezident Emmanuel Makron administrasiyası tərəfindən hazırlanan və növbəti həftələrdə Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilən "separatçı fikirlərə qarşı mübarizə" haqqında qanun layihəsi ölkədəki müsəlman icmasının narahatlığına səbəb olub.

Maide.Az eastnews-a istinadla xəbər verir ki, "müəyyən qrupların etnik və ya dini mənsubiyyətlər ətrafında toplaşmasına mane olunması" kimi xarakterizə edilən qanun layihəsi Fransadakı müsəlmanlarda hədəf olma qorxusuna səbəb olur. 

 Müzakirələri yaxından izləyən Fransada yaşayan müsəlmanlar "separatçılıq" konsepsiyasındakı qeyri-müəyyənliyin ölkədəki müsəlmanların istismarını artıra biləcəyi yöndə tənqidlər ediblər.  

Google+ WhatsApp ok.ru