Başına maşın düşən usta öldü - Bakıda

Başına maşın düşən usta öldü - Bakıda

2 gün əvvəl Bakının Suraxanı rayonu, “Günəşli” qəsəbəsində bədbəxt hadisə zamanı ağır xəsarət alan şəxs ölüb.
 
Maide.Az-ın Lent.az-a istinadən məlumatına görə, qəsəbədəki avtotəmir sexində texniki nasazlıq səbəbindən kranla qaldırılmış avtomobil 32 yaşlı maşın ustası Seymur Qurbanovun başına düşmüşdü.
 
Xəstəxanaya yerləşdirilən usta həkimlərin səyinə baxmayaraq, vəfat edib.
 

Google+ WhatsApp ok.ru