Banan mafiyası azğınlaşır

Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycana 7630,2 ton Ekvador bananı tədarük edilib. 2013-cü illə müqayisədə leqal idxal 14,8% azalıb. Halbuki istehlak bazarında onun qıtlığı hiss edilməyib.
Azərbaycanda banan və başqa tropik və subtropik meyvələrin idxalı “Alyans-Trans” şirkətinin inhisarındadır. Onların topdan satışı ilə “Meyvəli” bazarı məşğul olur. Yerli mətbuatın məlumatına görə, bu bazar da general Bəylər Eyyubovun nəzarət etdiyi qrupa məxsusdur.
Dörd il əvvəl, 2010-cu ildə Azərbaycan gömrüyündə «rəqəm partlayışı» oldu və 19 min 241,8 ton banan bəyan edildi. İSN yanında Antiinhiar Siyasəti Xidməti bir dəfə də olsun banan bazarında antiinhisar qanunvericiliyinin icrasını yoxlamayıb.
2014-cü ild 1 kq banan gömrükdə $0,916-a sənədləşdirilib. Bu qiymət illərdir qalır. Pərakəndə satışda banan 2 manatdan ucuz deyil.
Banan ayrı-ayrı malların idxalında inhisarçılığın olmasını göstərən əyani sübutlardandır. Amma Antiinhiar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti bir dəfə də olsun pozuntu ilə bağlı iş qaldırmayıb.
2014-cü ildə ölkədə 1 nəfərə banan istehlakı 950 q-dan 800 q-a azalıb. RF-də bu göstərici 8 kq, Türkiyədə 3 kq, İranda 5 kq-dır.
Əhalisi Azərbaycandan iki dəfə az olan Gürcüstanda banan idxalı qiymət ifadəsində 9,6% artaraq $20 mln 67 min təşkil edib.
Beynəlxalq hesabatlara görə (Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı), Azərbaycan 1 nəfərə banan istehlakı ildə 1,7 kq-dan az olmayan ölkələrdəndir. Beləliklə, idxalçının gömrük işçiləri ilə sövdələşməsi banan idxalının iki dəfə az göstərilməsi ilə nəticələnir.  contact.az/

Google+ WhatsApp ok.ru