Livanda tanınmış şiə ruhaninin avtomobilinə silahlı hücum olunub – FOTO

Bu gün səhər Livanın paytaxtı Beyrutda Şiələrin Ali Şurasının üzvi, tanınmış ruhani Şeyx Abbas Zəğibin avtomobilinə silahlı hücum olunub. 
Maide.az xəbər verir ki, hücumu terrorçu qruplaşmalar həyata keçirib.Hücum zamanı A.Zəğib xəsarət almayıb. 
Qeyd edək ki, Şeyx Abbas Zəğib ötən ildə silahlı hücuma məruz qalıb və xəstəxanada müalicə olunub
Xatırladaq ki, 2012-ci ildə Suriyada oğurlanmış 11 şiənin azadlığa buraxılmasında Şeyx Abbas Zəğibin əsas rolu olub. Belə ki, onun çalışmaları nəticəsində 2013-cü ilin oktyabrında Livan və Türkiyə arasında girovların mübadiləsi baş tutub. /
 
 

Google+ WhatsApp ok.ru