Banqladeş “Camaat-i İslam” Partiyasının lideri haqqında ölüm hökmü təsdiqləndi

Ötən gün Banqladeş Ali Məhkməsi  1971-ci ildə milli azadlıq hərəkatının aktiv iştirakçısı və  ölkənin ən böyük partiyalaraından olan “Camaat-i İslam” Partiyasının lideri Motiur Rəhman Nizami haqqındakı çıxarılan ölüm hökmünü təsdiqləyib.
Maide.az  Əl-Həyat-a istinadən xəbər verir ki,dörd hakimin iştirak etdiyi məhkəmə prosesinə sədrlik edən Surendra Kumar Sinngha bildirib ki, 2014-cü ildə dini lider barəsində dövlət ittihamı əsasında çıxarılan edam qərarından 4 dəfə şikayət verilsə də, hər dəfə rədd edilib.
Dini liderin vəkilləri  qərara etiraz ediblər. Camaat-i İslam Partiyası isə hökumətin bu addımına etiraz olaraq bu gündən tətilərə başlayacağını bəyan edib. 
Xatırladaq ki, Rahman Nizami müstəqillik mübarizəsi zamanı  Pakistan ordusuna casusuluq etməkdə ittiham olunur.
Motiur Rəhman Nizaminin hazırda 72 yaşı var. O 2000-ci ildən  “Camaat-I İslam” Partiyasının lideridir. O, 2001-2006-cı illərdə Banqladeşdə qurulan koalisiya hökumətində nazir olub.
Banqladeş əhalisinin sayı 140 milyon nəfərdir ki, onların  90 faizi müsəlmandır. /
 

 

Google+ WhatsApp ok.ru