Banqladeşdə həcc ziyarətini `boş pul itkisi` adlandıran nazir polisə təslim oldu

Banqladeş paytaxtı Dəkkədə, keçmiş poçt və telekomunikasiya, elm və texnologiya naziri Əbdül Lətif Sidike, müsəlmanlara hörmətsizlik etdiyinə görə qaldırılan iddialardan sonra polisə təslim olub. 
 
Maide.az-ın məlumatına görə, həcc ziyarəti zamanı siyasətçi bildiribmiş ki, Banqladeş nahaq yerə resurlarını itirir, əmək gücünə malik vətəndaşlarını Məkkəyə göndərir.
 
O deyib ki, "Həcc zamanı boş yerə əmək qabiliyyəti olan insanlar göndərilir, 2 milyondan artıq insan Səudiyyə Ərəbistanına yola düşür. Bu zaman ərzində onlar işləmirlər, heç bir xeyir vermirlər."
 
Banqladeş polisi həbs faktını təsdiqləyib. Bildirilir ki, keçmiş nazir girov qoyduqdan sonra buraxıla bilər.//

Google+ WhatsApp ok.ru