Banqladeşdə aksiya; Xalq İslamın ölkənin rəsmi dini kimi qalmasını istəyir

Banqladeşin paytaxtı Dəkkədə ötən gün cümə namazından sonra minlərlə insan etiraz aksiyası keçirib. 
 
Maide.az xəbər verir ki, Dəkkə Came məscidinin qarşısında keçirilən  aksiyada etirazçılar  İslamın ölkənin rəsmi dini kimi qalacağını və bunun dəyişməsinə icazə verməyəcəklərini bildiriblər. 
 
Qeyd edək ki, Banqladeş  Ali Məhkəməsi  bazar günü bəzi qrupların  məhkəməyə İslamı ölkənin rəsmi dini kimi tanımamaq haqqında olan müraciətinə baxacaq və qərar qəbul edəcək. 
 
Banqladeş 1988-ci ildən İslamı ölkənin rəsmi dini kimi elan edib. Bu ölkənin əhalisinin əksəriyyəti müsəlmanlardır və Banqladeşdə  hindu və budist azlıqları da yaşayırlar. /
 
 

Google+ WhatsApp ok.ru