Banqladeşdə partlayış baş verib, ən azı beş nəfər yaralanıb

Banqladeşdə partlayış baş verib, ən azı beş nəfər yaralanıb

Banqladeşdə partlayış baş verib. 
"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. 
Agentliyin məlumatına görə, dini ayinlərin icrası zamanı baş vermiş hadisə zamanı bir nəfər ölüb, ən azı beş nəfər xəsarət alıb. Dünyasını dəyişmiş şəxsin polis əməkdaşı olduğu bildirilir. 
Xəsarət alanlar arasında da polis əməkdaşları var. Hadisəyə görə hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. 
Hələlik hadisənin təfərrüatı barədə hər hansı açıqlama verilmir. 

Google+ WhatsApp ok.ru