Banqladeşdə avtobus yük maşını ilə toqquşub, 13 nəfər ölüb

Banqladeşdə avtobus yük maşını ilə toqquşub, 13 nəfər ölüb

Banqladeşin cənub-qərb bölgəsində ağır yol qəzası baş verib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Bxanqa yaşayış məntəqəsi yaxınlığında avtobusla yük maşınının toqquşması nəticəsində 13 nəfər ölüb, onlarla insan xəsarət alıb.
 
Toqquşmadan sonra hər iki avtomobil yanıb. İlkin versiyaya əsasən, sərnişin avtobusunun sürücüsü idarəetməni itirib və avtobus qaz balonları daşıyan yük maşınına çırpılıb.
 
Məlumata görə, qəza zamanı avtobusda olan 12 sərnişin və yük maşınının sürücüsü ölüb. Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir. Ölənlərin sayının artacağı ehtimal edilir. /

Google+ WhatsApp ok.ru