Banqladeşdə batan bərədə ölənlərin sayı 30-a çatıb

Banqladeşdə batan bərədə ölənlərin sayı 30-a çatıb

Xəbər verdiyimiz kimi bu gün səhər Banqladeşin paytaxtı Dəkkədə Buriqanqa çayında sərnişinləri aparan bərə aşıb.
 
Maide.Az  “iha” a istinadla xəbər verir ki,  hadisə nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. Bundan öncə hadisə nəticəsində azı 15 nəfərin öldüyü bildirilirdi. 
 
Qeyd olunur ki, bərə digər qayıqla toqquşma nəticəsində aşıb.
 
Həlak olanlar arasında azyaşlı uşaqlar da var. Polisin məlumatına görə, bərənin göyərtəsində 60-a yaxın şəxs olub.
 
Ölənlərin sayının artacağı bildirilir. 
 

Google+ WhatsApp ok.ru