Basqı altında qalan `xilaskar`

Basqı altında qalan `xilaskar`

"Novoye Vremya" qəzetində "Biznesə basqı iqtisadiyyata minusdur" sərlövhəli məqalə diqqət çəkir
 
Yazıda kiçik və orta sahibkarlığa basqılardan bəhs edilir.
 
Müəllif yazır ki, insanlar kiçik və orta sahibkarlıq sahələrinə nisbətən dövlət sektorunda işləməyə üstünlük verir. Yazıda bunun səbəbi əsasən 3 amillə izah edilir:
 
"Bura korrupsiya, inhisar və məmur özbaşınalığı aiddir".
 
Yazıda vurğulanır ki, sahibkarlara yaradılan problemlərin bütün ölkə iqtisadiyyatına mənfi təsirləri ola bilər.
 
Müəllifə görə, bu məsələdə ölkə rəhbərliyinin bəyan etdiyi siyasətlə ayrı-ayrı məmurların davranışları ziddiyyət yaradır:
 
"Bəzi hakimiyyət təmsilçiləri ölkə və onun iqtisadiyyatı üçün bu qədər önəmli olan prosesləri sabotaj edirlər".
 
Müəllif yazır ki, cəzasızlıq mühiti məmur aparatını daha çox qanunsuzluqlara sövq edir. Azərbaycan iqtisadiyyatının indiki durumunda bu, heç arzu edilən proseslər deyil:
 
"Məmurlar öz əməllərinə görə məsuliyyət daşımalıdırlar. Əks halda, Azərbaycana xarici kapital axınına səbəb olacaq əlverişli biznes mühiti yaratmaq mümkün olmayacaq. Kiçik və orta biznes deqradasiyaya uğrayacaq, iqtisadiyyat isə hələ uzun müddət böhrandan çıxış yolu axtaracaq".
 
Müəllif hesab edir ki, neftin qiyməti uzun cəhdlərdən sonra nisbətən sabitləşib. Neftin bir barrelinin qiyməti yenidən 30 dollara düşsə, bu, ölkədə çox ağır nəticələr yarada bilər.
 
Müəllif vurğulayır ki, Azərbaycan iqtisadiyyatını neft yox, məhz orta və kiçik sahibkarlar böhrandan çıxara bilər. /

Google+ WhatsApp ok.ru