Batareyada inqilab: 15 dəqiqədə tam doldurma!

Çinin aparıcı ağıllı telefon istehsalçılarından biri olan Oppo, MWC 2016 sərgisində yeni batareya texnologiyasını tanıdıb.
 
Super VOOC adını daşıyan sürətli doldurma sistemində 2,500mAh yeri olan bir batareyanın 0-100 dolum müddəti üçün lazım olan müddət yalnız 15 dəqiqədir!  Cihaz istər standart mikro USB, istərsə də USB C əlaqəsinə malik olsun, 15 dəqiqə içərisində tam dolacaq!
 
Müqayisə edəcək olsaq, günümüzün ən qabaqcıl sürətli doldurma texnologiyası olan Qualcomm Quick Charge 3.0-ün 35 dəqiqədə 80%ə çatdığını görürük ki, müqayisə etməklə VOOC-un bundan 3 qat sürətli olacağı görünür.
 
İş prinsipi bu şəkildədir:
 
Qualcomm Huawei və ya Samsung kimi rəqiblərinin həll yollarından fərqli olaraq, cihaza yüksək voltaj vermək əvəzinə, standart 5V elektrik cərəyanı bəsləyən sistem bu sayədə həm batareyanın ömrünü qısaltmır, həm də istiliyin olması lazım olan səviyyənin üstünə çıxarmır. 
 
Standart voltaj istifadə edilməsi ilə bərabər, sistemin digər tərəfi isə özəlləşdirilmiş batareyaya əsaslanır. Belə ki, axını dinamik olaraq tənzimləmək üçün yeni bir alqoritm hazırlayan firma, bu kontekstdə batareya ilə birlikdə adapteri, kabeli və qısqacı da hərbi standartlara uyğun və ultra dözümlü formada yaradır. 
 
Hələ ki, rəsmi bir açıqlama verilməsə də, yəqin ki, ilkin olaraq bu sistem "Find 9" admiral gəmisində istifadə ediləcək.

Google+ WhatsApp ok.ru