Batumidə etiraz aksiyası keçirilib, saxlanılanlar var 15 Noyabr 2019 11:28 Xəbərlər Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumidə etiraz aksiyası keçirilib. Müxalif Vahid Milli Birlik Hərəkatı Partiyası və "Ayıb" Hərəkatının üzvləri proporsional seçki sisteminə keçidlə bağlı qanunun parlamentdə qəbul olunmamasına etiraz ediblər. Etirazçılar hökumət binasının qarşısında toplaşaraq əməkdaşların binaya daxil olmasına imkan verməyiblər. Aksiyada Acarıstan hökumətinin istefası tələb olunub. Aksiyaçılar və polis arasında qarşıdurma baş verib, bir neçə etirazçı saxlanılıb. /Report Teqlər : #Batumidə,#etiraz,#aksiyası,#keçirilib,#saxlanılanlar,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nigeriya rejimi ‘Vəhdət həftəsi’ yürüşü keçirən Şeyx Zəkzəki tərəfdarlarına atəş açdı Müsəlman taksi sürücüsü maşında qalan 70 min avronu sahibinə qaytarıb