Nigeriya rejimi ‘Vəhdət həftəsi’ yürüşü keçirən Şeyx Zəkzəki tərəfdarlarına atəş açdı 15 Noyabr 2019 08:59 Xəbərlər Dünyanın hər yerində əziz peyğəmbərimiz həzrət Muhəmmədin (s) mübarək mövludu münasibətilə bayram tədbirləri keçirilir. Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, Şeyx İbrahim Zəkzəkinin baş katibi olduğu Nigeriya İslam Hərəkatı (İMN) noyabrın 14-ü (16 Rabiyəl-əvvəl) ölkənin Zariya şəhərində “Vəhdət həftəsi” münasibətilə mövlud yürüşü keçirib. Yürüş iştirakçıları “Səninləyik ya Rəsulallah (s)” şüarı ilə yanaşı, Şeyx İbrahim Zəkzəki və qanunsuz olaraq həbs edilən bütün İMN fəallarının dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər. Ancaq əraziyə gələn polis və əsgərlər Şeyx Zəkzəki tərəfdarlarının yürüşünə göz yaşardıcı qaz bombası və həqiqi güllə ilə müdaxilə ediblər. İlkin məlumatlara görə 1 nəfər həlak olub, 3 nəfər də yaralanıb. Teqlər : #Nigeriya,#rejimi,#‘Vəhdət,#həftəsi’,#yürüşü,#keçirən,#Şeyx,#Zəkzəki,#tərəfdarlarına,#atəş,#açdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Amerikalı senator qondarma 'erməni soyqırımı' qanun layihəsinə blok qoydu Batumidə etiraz aksiyası keçirilib, saxlanılanlar var