Bayıl və Badamdarda sürüşmə sahələri aktivləşib 12 Fevral 2016 02:00 Ölkə “Bayıl sürüşmə sahəsinin sol və sağ cinahlarında nisbi aktivləşmə müşahidə olunur”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. O bildirib ki, Bayıl sürüşmə sahəsində yerləşən istinad divarları və quraşdırılmış mayaklarda 2-3 mm ölçüsündə çatlar əmələ gəlib. Dəstə rəisi qeyd edib ki, Badamdar – 20-ci sahə yolunun sağ tərəfindəki yamacın bir neçə yerində kiçik ərazini əhatə edən çökmə prosesləri müşahidə olunub: “Ərazidə təxminən 50-60 metr uzunluğunda, 7-8 sm qalınlığında çökmə qeydə alınıb”. Teqlər : #Bayıl və Badamdarda sürüşmə sahələri aktivləşib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ilin əvvəlində istifadəyə veriləcək Sürət həddini aşmaya görə yeni cəriməlәrә ekspert rəyi