Sürət həddini aşmaya görə yeni cəriməlәrә ekspert rəyi

Yeni Məcəllənin layihəsində sürət həddini aşmaya görə, məsuliyyət müəyyən edilib. Yeni İnzibati Xətalar Məcəlləsi sürücü tərəfindən sürət rejiminin pozulması hallarında bəzən yarana bilən bir mübahisəyə son qoyacaq. Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 151-1-ci maddəsi sürət həddinin aşılma dərəcəsinə görə, dörd səviyyədə məsuliyyət nəzərdə tutur: 20-40 km/saat həddində aşıldıqda – 10 manat cərimə; 20-40 km/saat həddində aşıldıqda – 50 manat cərimə və 2 cərimə balı və s. Yəni sürücü, məsələn, sürət həddini düz 20 km/saat aşmış olduqda onun İXM-in 151-1.1-ci maddəsi üzrə 10 manat məbləğində, yoxsa İXM-in 151-1.2-ci maddəsi üzrə 50 manat məbləğində cərimə və 2 cərimə balı ilə tənbeh edilməli olması məsələsi bəzən mübahisələr doğurur.
 
Yeni İnzibati Xətalar Məcəlləsində isə 10-20 km/saat həddində aşıldıqda – 10 manat cərimə; 21-40 km/saat həddində aşıldıqda – 50 manat cərimə və 2 cərimə balı və s. olacaq
 
Mövzu ilə bağlı Deyerler.org-la fikirlərini bölüşərkən nəqliyyat eksperti Ərşad Hüseynov deyib ki, sürət həddi ilə bağlı yeni tətbiq edilən qaydalar müəyyən zəruriyyətdən meydana gəldi: “Belə ki, bir sürət həddinin yuxarı həddi digər sürət həddinin aşağı xətti ilə eynilik təşkil etməsi bəzi sürücülərin haqlı etirazlarına səbəb olurdu. Bu anlaşılmazlığı aradan qaldırmaq üçün bu addımı atdılar. Amma sual yaranırdı ki, bəlkə radar onu 20 və ya 21 deyil, 20,5 sürət həddində göstərdi, onda hansı addım atılacaq. Amma məsələ ondadır ki, hal-hazırda ölkə ərazisində quraşdırlan radarlar tam rəqəm göstərə bilir. Bu baxımdan ehtimal edilə bilən problem aradan qalxmış olur. Amma bu cür bir sürət həddinin son həddini digər sürət həddinin ilk həddi ilə eyniləşdirməmək üçün fərqli bir yol da tutmaq olardı. Bu məsələdə Azərbaycan dilinin üslublarından istifadə edərək müəyyən dərəcədə hədd təyin edilə bilərdi. Məsələn 10 km/s-dən, 40 km/s-dən artıq kimi ifadələrlə qeyd etmək olardı. Amma artıq bu cür qoyulmasını qərarlaşdırblar. Bu baxımdan sürücülər öz ehtiyatlarını mütləq götürsünlər”. /
 

Google+ WhatsApp ok.ru