Belçika məscidlərinin idarəçiliyi Ərəbistana həvalə edildi: Müsəlmanlar etiraz edir

Belçika kralı Filip ölkədəkə məscidlərin idarə edilməsini Səudiyyə Ərəbistanı kimi xarici ölkələrə həvalə edib ki, bu da Belçika yaşayan bir çox müsəlmanın etirazına səbəb olub.
 
Maide.az xəbər verir ki, parisdəki terror aktında şübhəli bilinən şəxsin bu Avropa ölkəsində gizlənə biləcəyini nəzərə alaraq, Belçika Daxili İşlər Nazirliyi mümkün terror aktlarına qarşı təhlükəsizlik tədbirlərini ən yaksək həddə çatdırıb.
 
Mullen Beck bölgəsinin qadın əhalisi terrorçuların məhv edilməsi üçün yerli hakimiyyət dairələri ilə əmakdaşlıq etməyə hazır olduqlarını bildirib.
 
Mullen Beck- Parisdəki terror hücumlarının ideya müəllifi Əbdülhəmid Əbaudun doğulduğu yerdir. O, 18 noyabrda Parisdə keçirilən əməliyyatlar zamanı öldürülüb.
 
Belçika kralı ölkəsinin məscidlərinin idarə edilməsini Ərəbistana həvalə edib. Halbuki, Səud rejimi dünyada vəhhabilik ideologiyasının və təkfirçi-terrorist düşüncələrinin yayılmasını əsas dəstəkləyənlərdən biri  hesab edilir.
 
Habelə, Ərəbistan son illərdə Suriyada təkfirçi-terrorist qruplaşmalarına və İŞİD qruplaşmasının formalaşmasına ən böyük maliyyə yardımını ayrıb./

Google+ WhatsApp ok.ru