Belçika müsəlmanları ən böyük mədəniyyət mərkəzi istifadəyə verəcək

Belçika müsəlmanları bu ölkədə müsəlmanlara məxsus ən böyük mədəniyyət mərkəzinin açılması üçün yardım toplayır.
 
Maide.az xəbər verir ki, bu mərkəz Belçikanın  paytaxtı Brukseldə istifadəyə veriləcək. Mədəniyyət Mərəzinin açılması üçün  Belçikanın “Rasul-Hanut”  birliyi  maliyyə yardımı toplamaq üçün kampaniyaya başlayıb. 
 
“Rasul-Hanut” birliyi  altı il öncə  Belçikada yaşayan gənc müsəlmanlar tərəfindən təsis olunub. Birlik  ümid edir ki,700 min avro toplamaqla  Brukselin Molnbik məhəlləsində bina alacaq və müsəlmanlara məxsus   mədəniyyət mərkəzini istifadəyə verəcək.
 
Qeyd edək ki,Belçika müsəlmanları bütün layihələrini əhalinin yardımları ilə həyata keçirirlər./
 

Google+ WhatsApp ok.ru