Beynəlxalq ekspertlər Malayziya təyyarəsinin qəzaya uğradığı yerdə cəsədlərin axtarışına başlayıblar

Niderland və Avstraliyanın Ukraynaya göndərdiyi ekspertlər Malayziya təyyarəsinin qəzaya uğradığı yerdə cəsədlərin axtarışına başlayıblar. Bu barədə Niderlandın təhlükəsizlik və ədliyyə nazirliyindən bildiriblər.
 
“Hazırda 70-ə yaxın mütəxəssis qəza bölgəsindədir. Onlar bir neçə yerdə axtarış aparırlar”, – deyə nazirliyin məlumatında qeyd olunur.
 
Qeyd edək ki, ötən gün qəza yerinə baş çəkmiş ATƏT müşahidəçiləri ərazidə hələ də cəsədlərin qaldığını bildiriblər.

Google+ WhatsApp ok.ru