Beynəlxalq Amnistiya Təşkilatı: Ərəbistanın insan haqları ilə bağlı rəftarları dəhşətlidir

Maide.az-ın məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatı bəyanat yayaraq, Ərəbistanın insan haqları ilə bağlı rəftarlarını qınayıb. Bəyanatda deyilir ki, Salman bin Əbdüləzizin taxta çıxmasından 100 günün keçməsinə baxmayaraq, Ərəbistanda insan haqlarının vəziyyətinin yaxşılaşdırılması istiqamətində heç bir addım atılmayıb. 
 
Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə rəhbəri Flip Luter deyib ki, Ərəbistan hökuməti insan haqları ilə bağlı bu ölkənin dəhşətli rəftarlarına düzəliş etmək yerinə, müxaliflər və insan haqları fəallarını amansız şəkildə repressiya etməklə məşğuldur. 
 
Beynəlxalq Amnistiya Təşkilatının bəyanatı Fransa prezidenti Fransua Ollandın Ərəbistana səfəri ilə eyni vaxtda yayımlanıb. 
 
Beynəlxalq Amnistiya Təşkilatının Fransa idarəsi cümə axşamı Parisdə bir piket təşkil edərək, Rauf Bədəvini himayə etmək istəyir. Bu insan haqları fəalı və blogger 1000 şallaq zərbəsi və 10 il həbsə məhkum edilib.

Google+ WhatsApp ok.ru