Beynəlxalq təşkilatlar jurnalistin qətlini pislədi

Avropa Jurnalistlər Federasiyasi və Beynəlxalq Jurnalistlər Federasiyası azərbaycanlı jurnalist Rasim Əliyevin ölümündən dərin sarsılıblar.
 
“Jurnalist və hüquq müdafiəçilərinə qarşı zorakılıq aktları üçün cəzasızlıq mühiti olmadan belə ağır cinayətlər cəzası qalır. Jurnalistlər, hər bir vətəndaş Azərbaycanda heç bir təhdid olmadan öz sosial şəbəkələrində fikir, şərh bölüşməsi üçün sərbəst olmalıdır” - deyə Avropa Jurnalistlər Federasiyasının prezidenti Moqens Bliçer bildirib.
 
Bəyanatda həmçinin jurnalistlərə qarşı daimi təzyiqlərin dayandırılmasına və onların azad edilməsinə çağırılır.
 
Beynəlxalq mətbuata dəstək təşkilatı İMS də Rasim Əliyevin ölümünü pisləyən bəyanatla çıxış edib  "Turan" /.

Google+ WhatsApp ok.ru