Nefti unutmaq olarmı?

«Azadlıq» qəzeti prezident İlham Əliyevin «Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə, unutmalıyıq» fikri ilə bağlı məqalə dərc edib. 
 
Qəzet yazır: «Biz xalq olaraq neftin üzünü heç vaxt görmədik. Neft şöhrətli olanda bizə tərəf baxmadı. Amma adını o qədər eşitmişdik ki, görməsək də doğma biri olduğunu başa düşürdük. Amma nefti unutmasaq da əlimizi çoxdan üzmüşük. Qara neft bu xalqa deyil, bu hakimiyyətə ağ günlər nəsib etdi. Bu hakimiyyət isə həmişə xalqdan unutmağı tələb etdi. Uzun illər bizə «Qarabağı unudun», «Şəffaf seçkini unudun», «monopoliyasız iqtisadiyyatı unudun», «müstəqil məhkəməni unudun» mesajı verildi. İndi də adı bizim, dadı hökumətin olan nefti unutmalıyıq». /

Google+ WhatsApp ok.ru