Beynəlxaq Əfv Təşkilatı: İŞİD İraqı talan edib

Beynəlxaq Əfv Təşkilatı: İŞİD İraqı talan edib

 Beynəlxaq Əfv Təşkilatı ("Amnesty International") hesabatında İŞİD-in İraqın şimalındakı əkin sahələrini qəsdən məhv etməsinin yüz minlərlə sakinin geri qayıtmasına mane olduğunu bildirib.


Təşkilatın hesabatına əsasən, İŞİD terrorçuları əkin sahələrini viran qoyub, meyvə bağlarını yandırıb, neft quyularını digər materiallarla doldurublar.


Bundan əlavə, terrorçular su nasoslarını, kabelləri transformatorları və elektrik xətlərini oğurlayıblar.


"Amnesty International" İraq hökumətini kənd təsərrüfatı infrastrukturunun bərpasına və qaçqınların evlərinə qayıtması üçün kompensasiya həyata keçirməyə çağırıb.


Qeyd edək ki, 2014-cü ilin yayında İŞİD terrorçu qruplaşması İraqın şimalının çox hissəsini işğal etmişdi. Keçən il İraq ordusu və "Həşd Şabi" müqavimət hərəkatı İraq ərazilərini İŞİD terrorçularından tamamilə təmizləmişdi. Eeastnews.org/

Google+ WhatsApp ok.ru