Beyrutda güclü partlayış nəticəsində ölənlərin sayı 100-ə çatıb  - YENİLƏNİB

Beyrutda güclü partlayış nəticəsində ölənlərin sayı 100-ə çatıb - YENİLƏNİB

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.
 
Maide.Az-ın "İRİNN"ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
 
Nazirliyin məlumatına görə, yaralıların sayı da  5 min nəfərə yüksəlib.  
 
Nazirlik hadisə nəticəsində çox sayda insanın itgin düşdüyünü və ölən və xəsarət alanların artacağını qeyd edib. 
***
 
Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.
 
Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
 
Bildirilir ki, xəsarət alanların da sayı artaraq 4 min nəfərə yüksəlib.
 
Livan Səhiyyə Nazirliyi çox sayda insanın itgin düşdüyünü açıqlayıb.  
 
Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutun limanında güclü partlayış baş verib.
 
BMT-nin baş katibinin rəsmi nümayəndəsi Farhan Hak "Al Jazeera" telekanalına bildirib ki, "Beyrutda baş verən partlayış nəticəsində BMT-nin 48 əməkdaşı və onların 27 ailə üzvü xəsarət alıb".
 
Livanın baş naziri  əhaliyə müraciət edərək Beyrut şəhərindən çıxmağa çağırıb. 
 
 

Google+ WhatsApp ok.ru