Biləsuvarda zəvvarların avtobusu aşıb, 3 nəfər ölüb, 10 nəfər yaralanıb (Yenilənib)

Onlar Məşhəd şəhərinə ziyarətə gedirmişlər

Ələt-Astara magistral yolunun Biləsuvar rayonu, Mahmudçalı adlanan ərazidə ağır yol nəqliyyat hadisəsi baş verib. Anspress-in verdiyi məlumata görə, bu, Azərbaycandan İran İslam respublikasının Məşəd şəhərində gedən zəvvar avtobusu olub.  Qəza nəticəsində xeyli zəvvarın yaralandığı bildirilir. Yaralılar Salyan rayon Mərkəzi Xəstəxanasıma çatdırılıblar. 
 
 9:46

Biləsuvarda sərnişin avtobusu aşıb, 3 nəfər ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Biləsuvar rayonu Bakı-Astara yolunun 91-ci kilometrliyində sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayyət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə olan 33 nəfər sərnişinin 3 nəfəri (kişi) aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmiş, 10 nəfəri isə müxtəlif bədən xəsarətləri almışlar.

Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtobusdan çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişlər. Əməliyyat saat 07:30-da başa çatmışdır./

Google+ WhatsApp ok.ru