Biləsuvarda xəstəxana yandı 07 Fevral 2015 02:00 Hadisə Biləsuvarda bir gecədə iki yanğın hadisəsi baş verib. Maide.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, ötən gecə Biləsuvar rayonu, Xırmandallı kəndində Səhiyyə Nazirliyinə məxsus kənd xəstəxanasının ümumi sahəsi 360 kv.m olan birmərtəbəli korpusun 9 kv.m olan otaqda 1 ədəd elektrik qızdırıcı və masa 1 kv.m sahədə yanıb. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:44 yanğınsöndürənlər tərəfindən söndürülüb. Təxminən eyni vaxtda Biləsuvarda daha bir yanğın hadisəsi qeydə alınıb. Belə ki, Biləsuvar şəhərində sahibi məlum olmayan ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 3 otaq və aynəbənddən ibarət evin sahəsi 15 kv.m olan 1 otaqının yanar konstruksiyaları və içərisində olan 1 ədəd "SAMSUNG" markalı televizor yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:21 yanğınsöndürənlər tərəfindən söndürülüb. Teqlər : #Biləsuvarda xəstəxana yandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Göyçayda qadın öz evini yandırıb Azərbaycanda `Adoş` və `Advokat` ləqəbi ilə tanınan kriminal avtoritet tutulub