Biləcəri-Binəqədi avtomobil yolu bağlanacaq

Biləcəri-Binəqədi avtomobil yolu bağlanacaq

Biləcəri-Binəqədi avtomobil yolunda (4-cü qapı küçəsi) aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq may ayının 4-dən 5-nə keçən gecədən etibarən sözügedən yolun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
 
“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması 3 gün ərzində Biləcəri-Binəqədi yolunun “Daş bazarı” adlanan ərazisində, 4 yolun kəsişməsində tətbiq ediləcək.
 
Nəqliyyat vasitələri üçün sözügedən yola giriş yol polisinin stasionar postuna düşən yolda yerləşən dairədən və Respublika Dövlət Yol Polisi idarəsinin binasının yerləşdiyi yoldan 4 yolun kəsişməsinə düşən küçədən tam olaraq bağlanacaq. Həmçinin həmin kəsişmədən Biləcəri qəsəbəsinin mərkəzinə getmək də mümkün olmayacaq.
 
Sürücülərin qeyd olunan müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
 

Google+ WhatsApp ok.ru