Biləsuvarda yol qəzasında ölən 3 nəfərin şəxsiyyəti məlum olub

Biləsuvarda yol qəzasında ölən 3 nəfərin şəxsiyyəti məlum olub

Yeni Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
 
"Hyundai" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində 3 nəfər ölüb, daha 4-ü yaralanıb.
 
Qəza zamanı 2 nəfər hadisə yerində, biri isə xəstəxanada ölüb.
 
Bunlar Bakının Buzovna qəsəbəsinin sakinləri - 2004-cü il təvəllüdlü Hüseynov Riyad Çingiz oğlu, 2006-cı il təvəllüdlü Fərəczadə Səfər Fərəc oğlu, 1986-cı il təvəllüdlü Hüseynova Günel İsmayıl qızıdır.
 
Yaralılardan 3-ü Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX), biri isə Biləsuvar RMX-ya aparılıb. Ölənlərdən biri qadındır. Maşında uşaqlar da olub.
 
Faktla bağlı araşdırma aparılır.
 
 

 

Google+ WhatsApp ok.ru