Bilal Həbəşi (ə) haqqında cizgi filmi Kann festivalında nümayiş etdiriləcək

Peyğəmbərin səhabəsi Bilal Həbəşi haqda olan cizgi filmi Kannda nümayiş etdiriləcək.
 
İslamazeri.az-ın "islam.ru"ya istinadən verdiyi xəbərə görə, Kann kino festivalında Muhəmməd Peyğəmbərin (s.ə.ə.s.) səhabəsi Bilal haqda animasiya filmi nümayiş etdiriləcək.
 
Epik dram animasiyasının prodüsser və rejissoru Ayman Tariq Camaldır. Filmin üzərində Camalla yanaşı 327 yüksək səviyyəli mütəxəssis də çalışıb. Animasiyanın büdcəsi 30 milyon dollardır.
 
Əsərdə səhabənin uşaqlıq illərindən – 7 yaşlı uşaq olarkən əsir düşməyindən, və ona üz verən çətinliklərə dözərək, necə güclü və şücaətli birinə çevrildiyi haqda danışılır.

 

Google+ WhatsApp ok.ru