''Bilmirəm prezident yalan deyir, ya məmurlar...'' (VİDEO)

Onlar iş yerlərinin olmadığını deyirlər. Nəticədə banka olan borcları artır, ailələrini dolandıra bilmirlər. 
 
Zığlıların əsas işi heyvandarlıqdır. Bəziləri isə sürücülük etməklə evinə çörək aparır. 
 
Sakinlər deyir ki, yaxınlıqdakı "Baku Bus"-a iş üçün müraciət etsələr də, "zığlılara iş yoxdur" deyib, onları yola salırlar. 
 
Qəsəbə sakini Elxan Babayev işsizlik ucbatından 4-cü sinifdə oxuyan oğlunu artıq məktəbə göndərməmək qərarına gəlib.
 
Zığ sakinləri deyir ki, qəsəbədən şəhərə təkcə bir avtobus işləyir. O da gec - gec gəlir. Bir müddət əvvəl gəlib dayanacaqdakı şüşələri də söküblər.
 
Qəsəbənin kanalizasiya sistemi işləmir, neçə illərdir yolları da yararsız vəziyyətdədir. Zığlı-palçıqlı yollar məktəblilərin də işini çətinə salıb.meydantv /
 

Google+ WhatsApp ok.ru