Naxçıvan-Tehran qatar xətti açılacaq

İran İslam Respublikası Dəmir Yolu Şirkətinin baş direktoru Abbas Nəzəri Tehran-Naxçıvan sərnişin qatar xəttinin qurulması üçün İran və Azərbaycan dəmir yolu nəqliyyat rəsmiləri arasında ikitərəfli müqavilənin imzalandığını bildirib.
Maide.az İRNA-ya istinadən xəbər verir ki, Abbas Nəzəri, "Qarşıdakı bir ayda iki ölkə rəsmilərinin iştirakı ilə sözügedən qatar xəttinin qurulması üçün daha çox koordinasiya etmək məqsədi ilə ixtisas konfransı keçirməsi gözlənilir. Hazırda Tehrandan Naxçıvana qatarın hərəkət etməsi üçün dəmir yolunun infrastrukturları hazırlanıb. Naxçıvana getmək üçün sərnişin qatarları Tehran-Təbriz və Culfa üzərindən geçecek", - deyib.
 
Qatarın iki ölkə sərhədindən keçməsi üçün vaqonların və lokomotivlərin dəyişməsi lazım olduğuna işarə edən Nəzəri, "Azərbaycandan İrana getmək istəyən sərnişinlər sərhəddə Azərbaycan qatarından enib İran qatarlarına ötürülür", - deyib.

Google+ WhatsApp ok.ru