Bin Salman: “Fələstin məsələsi Səudiyyə üçün əsas prioritet deyil”

Bin Salman: “Fələstin məsələsi Səudiyyə üçün əsas prioritet deyil”

-- Bu barədə İsrailin 10-cu telekanalının görüş barədə hesabatında bildirilib

Vəliəhd şahzədə Muhəmməd bin Salman Birləşmiş Ştatlarda  yəhudi təşkilatların liderləri ilə görüşü zamanı Fələstin Administrasiyasını sülh danışıqlarının uğursuzluğu adlandırıb və Fələstin  probelminin Səudiyyə üçün prioritet olmadığını bildirib.
 
Maide.Az "faktxeber"-ə  istinadla verdiyi xəbər verir ki, bu barədə İsrailin 10-cu telekanalının görüş barədə hesabatında bildirilib.
 
Bu şəbəkənin tanınmış jurnalisti Barak Ravid görüşdə iştirak edən üç İsrail və Amerika mənbəsinə istinadla bildirib ki, Bin Salman  martın 27-də Nyu-Yorkda bağlı qapılar arxasında keçirilən görüşdə Fələstin prezidenti  Mahmud Abbası  kəskin tənqid edib.
 
«Son bir neçə onillikdə fələstinlilər dəfələrlə onlara edilən təkliflərdən imtina ediblər. Fələstinlilər ya onlara təklif ediləni qəbul etməli və danışıqlar masasına əyləşməli, ya da susmalıdırlar», - deyə Səud vəlihədi toplantıda deyib.
 
Mənbə bildirib ki, yığıncaqda  olan yəhudi liderlər  Bin Salmanın  fələstinlilərin ünvanına səsləndirdiyi tənqidi  dəstəkləyib və işğalçı rejimin baş naziri Binyamin Netanyahu, həmçinin ABŞ hökumətinin Fələstnin ünvanına  səsləndirdiyi təndqidlərlə  eyniləşdiriblər.
 
 

Google+ WhatsApp ok.ru