Binəqədinin icra nümayəndəsi döyüldü

Vətəndaş evinə gələn icra nümayəndəsini döyüb.
 
Maide.az "milli.az"-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəsinin müavini, Bakı sakini 1990-cı il təvəllüdlü Orxan Kazımov döyülüb.
 
O, 6-cı Polis Bölməsinə şikayət edərək bildirib ki, M.Aslanov küçəsi, döngə 6-nın qarşısında orada yaşayan 1987-ci il təvəllüdlü Asiman Ağayev xuliqanlıq zəminində onu döyüb.
 
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Google+ WhatsApp ok.ru