Binə tacirlərinə endirim edildi

Binə Ticarət Mərkəzində tacirlərə ciddi güzəşt olunub.
 
Maide.az "axar.az"a istinadən xəbər verir ki, son aylar alıcılıq qabiliyyətinin aşağı düşməsi yarmarka rəhbərliyinin ticarətçiləri nəzərə almasına səbəb olub. Hazırda icarə haqlarında 20-40 faiz güzəşt var.
 
Məsələn, 100 kvadrat metrlik obyektə görə ayda 1200 manat ödəyən sahibkar 800 manat ödəyəcək.
 
Tacirlərə ümumilikdə 200- 400 manat arası güzəşt tətbiq olunduğu bildirilir.

Google+ WhatsApp ok.ru