Kapital Bankın problemli kreditləri iki dəfə arta bilər

«Kapital Bank» ASC yüksək marja və valyuta aktivlərinin yenidən qiymətləndirilməsindən 64 mln manat ($55 mln) xalis mənfəət əldə edib.
 
Standard & Poor`s reytinq agentliyinə görə, ölkədə iqtisadi vəziyyət pisləşməkdə davam edərsə, bank artım tempini azalda bilər. Amma o da bank sisteminə məxsus risklərə məruz qalır.
 
Bankın portfelindəki problemli kreditlər il ərzində 9%-dən 15%-ə arta bilər. Bu, borcalanların gəlirlərinin azalması ilə bağlıdır. Bankın kredit portfelinin beşdə biri Maliyyə Nazirliyinin zəmanəti ilə verilib. Bu, kredit risklərini bir qədər azaldır.
 
«Kapital Bank» ölkədə iqtisadi vəziyyət və bank sektorunda əməliyyat mühitinin sərtləşməsindən çox asılıdır. Bu isə aktivlərin keyfiyyətinə təsir edə, kapital yetərliliyi əmsalı 7%-dən aşağı düşə bilər.
 
«Kapital Bank» ASC (keçmiş Sberbank) 140 ildir fəaliyyət göstərir. Əsas  səhmdarı PASHAHoldingdir (99,87%).

Google+ WhatsApp ok.ru