Bir gecədə 4 avtomobil qarət edilib - VİDEO

Bir gecədə 4 avtomobil qarət edilib - VİDEO

Xətai rayonunda bir gecədə 4 avtomobil qarət olunub.
 
Maide.Az ARB TV-ə istinadən xəbər verir ki, hadisə Rahib Məmmədov küçəsi, 22 saylı binanın qarşısında baş verib.
 
Əvvəlcə avtomobillərin yan şüşələrini silərəkunnamed içinə baxan şəxs və ya şəxslər daha sonra şüşələri sındırıblar. Maşınları qarət etdikdən sonra isə ona təpiklə ziyan vurublar.
 
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə məlumat verilib. Hadisə yerinə gələn əməliyyatçılar əl-barmaq izləri götürüblər.
 
Hazırda naməlum şəxslərin yaxalanaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. /

Google+ WhatsApp ok.ru