Bir gündə 2 intihar: biri Şəkidə, digəri Ucarda

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, dünən gecə saat 02:00 radələrində Şəki şəhəri 17-ci rayon, Şərbablar küçəsi 45 ünvanında yaşayan 1996-cı il təvəllüdlü Murad Mustafa oğlu Paşayev bədəninin boğaz nahiyəsinin sıyrılmış, hər iki biləyinin isə qismən kəsilmiş yaraları ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub.
 
Həkim araşdırmasından sonra məlum olub ki, 18 yaşlı Murad Paşayev intihar etmək məqsədilə hər iki qolunun bilək nahiyəsinə ülgüclə xəsarət yetirib, daha sonra isə özünü asmaq istəyib. Son anda ölümün pəncəsindən valideynləri tərəfindən xilas edilən Murad Paşayev xəstəxanaya çatdırılıb.
 
Gecə saatlarında Şəki rayon hüquq-mühafizə orqan əməkdaşlarının Murad Paşayevlə apardıqları ilkin sorğu zamanı o, hansı səbəbdən intihar etmək istəməsi barədə ifadə verməkdən imtina edib. Həkimlərin səyinə baxmayaraq, xəstəxanada qalmaqdan imtina edən Murad Paşayev evə gedərkən valideynlərinə yenidən intihar edəcəyini deyib.
 
Digər intihar hadisəsi isə Ucar rayonunda qeydə alınıb. Ucar rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə oktyabrın 2-dən 3-nə keçən gecə şəhərin Səməd vurğun küçəsi, ev 29-da qeydə alınıb.
 
1995-ci il təvəllüdlü şəhər sakini İsgəndərov Firudin Artur oğlu özünü yaşadığı evin həyətindəki qoz ağacından asaraq intihar edib. İntiharın səbəbi Ucar Rayon Prokurorluğu tərəfindən araşdırılır.

Google+ WhatsApp ok.ru