Biri şad, biri də bəd xəbər?

Biri şad, biri də bəd xəbər?

Vahid siyahı təsdiqlənib
 
Nazirlər Kabineti gömrük sərhədindən keçən baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların vahid siyahısını təsdiqləyib
 
Məqsəd - idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsini sadələşdirmək, gömrük sərhədindən keçən malların dövriyyəsini sürətləndirməkdir.
 
Qərar prezident İlham Əliyevin «Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» 3 ay öncə imzaladığı fərmanı əsas götürüb.
 
Avadanlıq və gərəklər də nəzarətdən keçəcək Siyahıya baytarlıq nəzarətində olan 109 adda heyvandarlıq məhsulu, yüksək və aşağı fitosanitar və karantin nəzarəti altında olan 112 adda biktiçilik məhsulu, eləcə də 26 adda pestisid, bioloji və aqrokimyəvi preparat daxil edilib.
 
Heyvanların daşınması, yetişdirilməsi, müvəqqəti saxlanılması üçün avadanlıq və gərəklər, eləcə də heyvan mənşəli xammal və məhsulun nəqlindən ötrü avadanlıq da vahid siyahı üzrə nəzarətdən keçəcək.
 
Geyimdə yalnız ayaqqabıya nəzarət...
 
Siyahıda sanitariya nəzarətindəki 127 adda ərzaq və qeyri-ərzaq məhsulları da var. Buraya şəxsi gigiyena və ətriyyat malları, yataq və yemək gərəkləri, qablaşdırma və poliqrafiya məhsulları da daxil edilib. Geyim mallarından yalnız ayaqqabı sanitar nəzarətindən keçməlidir.
 
Sərəncama görə, Dövlət Gömrük Komitəsinə (DGK-ya) ixracatçı ölkənin əvvəlcədən verdiyi baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlar (şəhadətnamələr) əsasında malların gömrük sərhədindən keçirilməsinə şərait yaratmaq və bu barədə dövlət orqanlarını elektron formada məlumatdırmaq tapşırılmışdı.
 
Biri şad, biri də bəd xəbər?
 
Ötən dövrdə DGK vaxt itkisini də aradan qaldırmaq məqsədilə qısa idxal bəyannaməsinin və ona əlavə olunmuş baytarlıq, fitosanitar, gigiyenik və ya digər sertifikatın (şəhadətnamənin) əvvəlcədən yoxlanılmasını təmin etməli idi. Yalnız bu yoxlanışdan sonra mal ölkəyə buraxıla bilərdi.
 
İsxalçılar son vaxtlar gömrükçülərin onlara süni əngəllər törətməsindən gileylənmirlər. Yalnız malın idxal dəyərinə artırılan vergi və rüsumların yüksəkliyi narazılıq doğurur.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru