`Bizə bayram yox, burada həyat çox acıdır`

İsrailin mülkü məskunlaşma yerlərini hədəf alaraq hücumlarını davam etdirdiyi Qəzzada hər şey kimi bayram sevinci də dağılan evlərin dağıntısı altında qalıb.
 
Maide.az-ın məlumatına görə, İsrail hücumlarından qorunmaq üçün Şəfa Xəstəxanasının ətrafına çadırlar quran ailələr toz torpaq içində qalan və bayram olduğuna inana bilməyən uşaqlarını gördükcə, "Bizə bayram yox", - deyirlər.
 
Atasının parça və karton qırıqları ilə hazırladığı çadırda bayramı qarşılayan 9 yaşlı Əhməd Hani çılpaq ayaqlarına və çirkli paltarlarına baxaraq, Şucaiyyə məhəlləsindəki bombalanmış evlərinin dağıntısı altında qalan yaşıl köynəyi və qara şalvarını xəyal edir.
 
Bayram olduğu üçün sevinə bilmədiyini və geyəcək yeni bir paltarı olmadığını deyən Hani, "Burada xəstəxana həyətində və bu çadırın içində bayram yoxdur. Evimizə dönüb yoldaşlarımla oynamaq istəyirəm. Dostlarım ölübmü, sağdırmı bilmirəm. Kaş ki, onları bir daha görə bilsəm", söyləyir.

Google+ WhatsApp ok.ru