`BlackBerry` istifadəçilərinə daha bir bəd xəbər

Ötən ay Whatsapp-ın dəstəyindən məhrum qalan “BlackBerry” istifadəçilərinə “Facebook” sosial şəbəkəsindən də bəd xəbər gəlib.
 
Trend-in Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, Facebook-dan ötən ay verilən açıqlamada “Windows Phone 7.5”, “Symbian” və “BlackBerry” cihazlarında Whatsapp-ın işləməyəcəyi qeyd edilmişdi.
 
İndi isə Facebook-un özü artıq “BlackBerry” cihazlarında işləməyəcək./
 

Google+ WhatsApp ok.ru