Yeni “iPhone SE”-nin təqdimatı keçirilib

“Apple” bu gün keçirdiyi tədbirdə yeni “iPhone SE” modelini təqdim edib.

Maide.az İnterfaks-a istinadən xəbər verir ki, yeni modelin ekran böyüklüyü “iPhone 4”lə eyni ölçüdədir. 16 gb-lıq modelin 399, 64 gb-lıq model qiyməti isə 499 dollardır.

Bu modellərdə əsas diqqət batareya xüsusiyyətlərinə yönəlib.

“iPhone SE” gözlənildiyi kimi “iPhone 5” i xatırladsa da, xüsusiyyətləri “iPhone 6s”ə yaxındır. Yeni modelin 31 martda satışa çıxarılacağı deyilir./

 

 

Google+ WhatsApp ok.ru